Məşhur aktyorun qardaşı ilə bağlı ŞOK İDDİA
25-10-2023, 21:58

Məşhur aktyor Aras Bulut İynemlinin qardaşı aktyor Orçun İynemliyə qarşı ittihamlar diqqət çəkib. Orçun İynemlinin həyat yoldaşı Eda İynemli ərini məhkəməyə verib.

AZİNFORM.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb aktyorun həyat yoldaşına zorakılıq göstərməsi olub. Əri tərəfindən döyüldüyünü deyən Eda İynemli cinayət işi açaraq ifadələrində onu döydüyünü bildirib. 

Polis qüvvələri onun yaşadığı ünvanda axtarış aparıb və evin bir çox yerində dibçəklərdə yetişdirilmək üçün narkotik vasitələr ələ keçirib. Narkotik hazırladığı qablarla birlikdə saxlanılan aktyor ifadəsini almaq üçün polis bölməsinə aparılıb. 

 O, ifadəsində narkotik vasitə hazırlamağa çalışdığını bildirib və narkotikləri satmaq üçün deyil, istifadə etmək məqsədilə yetişdirdiyini paylaşıb.

Narkotiklərin marixuanadan ibarət olduğunu deyən o, narkotik satışından qazanacağı pula ehtiyac olmadığını vurğulayıb. Narkotik aludəçisi olduğuna diqqət çəkən Orçun İynemli “Mən narkomanam, müalicə olunmaq istəyirəm” deyib. 

İfadəsi alındıqdan sonra Orçun İynemli həbs olunmasını tələb etmək üçün növbətçi Sülh Cəza Məhkəməsinə aparılıb. O, həyat yoldaşının şikayət etdiyi məsələdən təəssüfləndiyini bildirib və istifadəçi olduğunu paylaşıb. Hakimliyin çıxardığı qərarla o, məhkəmə nəzarətinə götürülüb və xaricə çıxışına qadağa qoyulub. Bundan əlavə, hər şənbə günü polis bölməsində imza atmaq tələbi tətbiq edilib. 

AZİNFORM.AZ







up