Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO
25-10-2023, 15:55

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib. 

Bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu yayımlayaraq, “Tez sağalın, əvəzsiz sənətkar” şərhini yazıb. 

A.Bəylərin prodüseri Axşam.az-a açıqlamasında muğam ifaçısının səhhətinin yaxşı olduğunu bildirib. O əlavə edib ki, A.Bəylər bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib. 

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanıb. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.






up