Ötən ilin may ayında xərçəng diaqnozu qoyulan 34 yaşlı kolumbiyalı aktrisa Alejandra Villafane bütün cəhdlərə baxmayaraq dünyasını dəyişib.
AZİNFORM.AZ-ın məlumatına görə, Kolumbiyalı aktrisa və model Alejandra Villafane 34 yaşında dünyasını dəyişib. May ayında xərçəng diaqnozu qoyulan aktyorun ölüm xəbəri pərəstişkarlarını pərişan edib.
O, aylarla davam edən xərçəng müalicəsini sosial şəbəkədə paylaşmaqla digər xərçəng xəstələrinə də ruh verir, vəziyyətini yaxınları ilə bölüşürdü. Xərçəng olduğunu öyrəndikdən sonra bir çox əməliyyatlar keçirən Villafane, əməliyyatlardan sonra kimyaterapiya almağa başlayıb. Bu çətin dövrdə sevgilisi Raul OCampo da Villafanenin yanından ayrılmadı.
ALEJANDRA VILLAFANE KİMDİR?
Alejandra Villafane 1989-cu ildə Boqotada anadan olub. Villafane kolumbiyalı aktrisa və modeldir. Bir çox seriala çəkilən məşhur ad Primevideoda yayımlanan Manesdə göründü. Həmçinin 'No fue mi culpa', 'La nieta elegida', 'De Brutas a nada', 'Verda oculta', 'Siempre Bruja', 'Decisiones: unos ganan otros pierden, 'Enfermeras', 'La Ley del Corazon' və “Desconectados” kimi prodüserlərdə də iştirak edib.
AZİNFORM.AZ
Facebook
Вконтакте
Одноклассники
Google+