Media dünyası üçün kədərli itki - Jurnalist qəfil VƏFAT ETDİ
23-10-2023, 00:17

Jurnalist Bilal Yakinbaş qəfil infarkt keçirərək dünyasını dəyişib. 

AZİNFORM.AZ xəbər verir ki, jurnalist Bilal Yakinbaş ötən gecə keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

Yakinbaşın üzvü olduğu Parlament Müxbirləri Dərnəyi açıqlama verib: "Dərnəyimizin üzvlərindən olan jurnalist dostumuz Bilal Yakinbaş infarkt keçirərək dünyasını dəyişdi. Dərin kədərləndik. Allah dostumuza rəhmət eləsin. Aramızdan vaxtsız ayrılan, ailəsinə, yaxınlarına və bütün sevənlərinə başsağlığı, səbr diləyirik”.

Yakinbaş 22 oktyabr (bu gün) bazar günü Ankara Karşıyaka qəbiristanlığında günorta namazından sonra son səfərinə yola salınacaq.

AZİNFORM.AZ 





up