Bu mövsüm yayımlanmağa başlayan "Kader Bağları" serialı ilə bağlı erkən yekun qərar verilib. Reytinqlərdə arzuladığı uğuru qazana bilməyən iddialı serialın son bölümünün tarixi də açıqlanıb.
AZİNFORM.AZ-ın xəbərinə görə, kanalın ilk bölümündən aşağı reytinq alan “Kader Bağları” serialına bəd xəbər gəlib.
Bəzi səhnələri Çernoqoriyada çəkilən serialın rejissoru keçən həftə dəyişib və Benal Tairi vəzifəsini Ersoy Gülərə təhvil verib. Bu həftə 4-cü bölümü nümayiş olunacaq serialın 5-ci bölümündə erkən finalı olacaq.
Kader Bağları serialının final bölümü 28 oktyabr 2023-cü il şənbə günü saat 20.00-da Fox TV-də yayımlanacaq.