Yeni serialların tez bitməsi televiziya dünyasının qaçılmaz faktıdır. Bu seriallardan biri də Ayça Ayşin Turan və Serkan Çayoğlunun rol aldığı Kader Bağlarıdır.
AZİNFORM.AZ bildirir ki, kanal həmin məşhur serialla bağlı qərarını verib.
Televiziya dünyası hər il minlərlə seriala ev sahibliyi edir. Amma çox təəssüf ki, bu serialların bir çoxu uzun müddətli ömür sürə bilmir və qısa zamanda ekrandan yox olur. Yeni serialların əksəriyyəti gözləntiləri doğrultmur və bir neçə epizoddan sonra bitir. İstənilən uğuru qazana bilməyən Ayça Ayşin Turan və Serkan Çayoğlunun baş rollarda çəkildiyi Kader Bağları da onlardandır.
Bəzi səhnələri Monteneqroda çəkilən Kader Bağları serialının rejissoru keçən həftə dəyişdi və Benal Tairi vəzifəsini Ersoy Gülərə təhvil verdi. Azinform.az-ın məlumatına görə, ötən gün İstanbul hava limanında kameralara tuş gələn Ayça Ayşin Turanın bədbəxt halı diqqətdən yayınmayıb. Məşhur aktyor jurnalistlərin suallarını cavablandırmayaraq hava limanını tərk edib. Məlum olub ki, gənc aktyorun əsəbləşməsinə səbəb təyyarəyə minməzdən əvvəl çəkildiyi serialı yekunlaşdırmaq qərarı olub.
Dördüncü bölümü bu həftə nümayiş olunacaq Kader Bağları 5-ci bölümdə finala çıxacaq.
AZİNFORM.AZ