Elgizin öldü dediyi Gülnar Əlişova efirə zəng etdi - VİDEO
17-10-2023, 14:54

"Arb" kanalında yayımlanan “Elgizlə izlə” proqramında qəribə anlar yaşanıb.

AZİNFORM.AZ xəbər verir ki, proqramın aparıcısı Elgiz ekspert Gülnar Əlişovanın həyatını itirdiyi barədə məlumat verib. O iddia edib ki, xanım ekspert həkim səhvinin qurbanı olub. Lakin ardınca ekspertin əslində sağ olduğu məlum olub. O efirə zəng edərək, səhhətində heç bir probleminin olmadığını qeyd edib. Elgizin sözlərinə görə, o Gülnar Əlişovanın ölüm xəbərini saytlara istinadən verib.

Qeyd edək ki, Gülnar Əlişova əvvəllər “Elgizlə izlə” proqramında eskpert kimi iştirak edib.


/metbuat.az/



up