Bir zamanlar Türkiyə televiziyasında iz qoymuş Kanal D-nin məşhur serialı Poyraz Karayeldə Sinan obrazını canlandıran balaca aktyor Ataberk Mutlu son halında görünüb. Hazırda universitet tələbəsi olan Ataberk Mutlu sosial şəbəkədə ilk fotosunu paylaşarkən bir neçə dəqiqə ərzində bəyənmə və şərhlərə tuş gəlib.
AZİNFORM.AZ bildirir ki, Ataberk Mutlu Poyraz Karayel serialında canlandırdığı Sinan obrazı ilə yaddaşlara həkk olunub. Artıq 18 yaşı olan məşhur aktyor “Universitet tələbəsiyəm” qeydi ilə Marmara Universitetində çəkilmiş şəklini İnstaqram səhifəsində yerləşdirib.
Gənc yaşlarından şöhrət pillələrini qalxmağa başlayan Ataberk Mutlunun sosial şəbəkədəki paylaşımını görənlər gözlərinə inanmayıb. Gənc aktyordan soruşdum ki, sən o şirin oğlansan? şərhlər edildi.
AZİNFORM.AZ