Nazilə canlı yayımda telefonu aparıcının üzünə söndürdü - VİDEO
13-10-2023, 16:55

Teleaparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərlini barışdırmağa cəhd edib.

Rəqqasə proqrama qonaq gəlib, aparıcı canlı efirdə Nazilə Səfərliyə zəng vurub.

Z. Baxşəliyev küsülülüyə son qoymalarını istəyib. Ona qulaq asan şairə isə "Zaur, nitqin bitdisə, salamat qal. İnşallah xeyir işlərdə görüşərik" cavabını verərək telefonu onun üzünə söndürüb.

 Xatırladaq ki, Nazilə Səfərli Fatimə Fətəliyevaya keçirilən Apellyasiya Məhkəməsində də qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.





up