Cığatel nəvəsinin məzarı başından paylaşım etdi
20-09-2023, 18:23

Şairə Cığatel İsaqızı avtomobil qəzasında dünyasını dəyişən 10 yaşlı nəvəsi Süleymanın məzarının görüntüsünü paylaşıb. 

AZİNFORM.AZ axşam-a istinadla xəbər verir ki, o, nəvəsinə həsr olunan şeir də yazıb və "Süleymanıma" adlı şeiri şair izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, qəza hadisəsi Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. 





up