Cığateldən qəzada həlak olan nəvəsi ilə bağlı paylaşım - FOTO
24-08-2023, 10:59

Şair Cığatel İsaqızının 10 yaşlı nəvəsi Süleyman avtomobil qəzasında dünyasını dəyişib.

AZİNFORM.AZ-ın məlumatına görə, şair hadisədən sonra ilk dəfə paylaşım edib. O, nəvəsinin fotosunu paylaşaraq "Könlüm Süleyman istəyir" şeirini yazıb.

Qeyd edək ki, sözügedən hadisə avqustun 6-da Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.

/axşam.az/

AZİNFORM.AZ





up