Aktrisaları güdən şəxs həbs edildi
14-09-2023, 12:25

Aktrisa Dryu Berrimoru izləyən şəxs "Harri Potter"-in ulduzu Emma Uotsonu axtararkən Nyu Yorkda həbs edilib.

Çad Maykl Busto adlı 37 yaşlı kişi Nyu York Moda Həftəsində "Brooklyn Navy Yard"-da səhnə arxasında soyunub-geyinmə otağına girib Uotsonla görüşməyi tələb etdən zaman saxlanılıb. 

Polis Bustonun modellərə və vizajistlərə qışqırdığını açıqlayıb: "Emma Uotson ilə evlənmək istəyirəm. İcazə verin, onunla danışım, şəkil çəkdirim". 

Aktrisanın həmin an otaqda olub-olmadığı məlum deyil.

Busto ictimai asayişi pozmaqda və məkana qanunsuz daxil olmaqda  ittiham edilir. 

Qeyd edək ki, avqustun sonunda 48 yaşlı Barrimor Bustonun aqressiyasına görə, Nyu-Yorkda müğənni Rene Rapp ilə müsahibəni yarım qoyub tərk etmək məcburiyyətində qalıb. /olay/





up