Azərbaycanlı müğənni 16 illik evliliyinə SON QOYDU - FOTO
11-09-2023, 16:19

“Rodrigez” soyadı ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Timur Kərimov 16 illik evliliyinə son qoyub.

AZİNFORM.AZ
xəbər verir ki, 43 yaşlı Timur həyat yoldaşı Anna Devoçkindən rəsmi şəkildə boşandığını açıqlayıb.

"Anya və mən artıq bir yerdə deyilik.

Ancaq biz həmişə övladlarımızın dəlicəsinə sevən valideynləri olaraq qalacağıq.

Şayiələrə və fərziyyələrə yol verməmək üçün bu barədə sizə rəsmi məlumat verirəm və başa düşməyinizi xahiş edirəm ki, nə indi, nə də gələcəkdə bu mövzuda şərh verməyi planlaşdırmırıq" - deyə T.Kərimov vurğulayıb.

Qeyd edək ki, cütlüyün iki övladı var.  






up