Sevgilisindən ayrılan İrem: "Heç vaxt yaşamadığım sevgini..."
10-09-2023, 01:32

"Buna bəri başdan aydınlıq gətirək ki, xəbər yalnış istiqamətə doğru getməsin. Atakanla 8 ay möhtəşəm münasibət yaşadıq. Mənim üçün hələ də dünyanın ən qiymətli insanıdır. Amma çox ağır iş qrafikimiz var və yorğunuq. Bir-birimizə vaxt ayıra bilməyəcək hala gəldik. Bu səbəbdən ayrılmağımızın daha məntiqli olacağına qərar verdik".

AZİNFORM.AZ xəbər verir ki, bunu türkiyəli müğənni İrem Derici sevgilisi Atakan İsıktutandan ayrılıq səbəbini açıqlayarkən sosial mediada yazıb.

Daha sonra o əlavə edib:

"Mənə heç vaxt yaşamadığım sevgini bəxş etdiyin üçün təşəkkür edirəm. Yaxşı və ya pis günündə ilk zəng edəcəyin insan mənəm, bunu unutma. Tanıdığım ən centlimen adamsan". /teleqraf.com/





up