Məşhurlar dəbdəbəli ziyafət libaslarında kamera qarşısına keçdi - FOTO
3-09-2023, 20:15

Amerikada rejissor, operator, ssenarist və aktyorların tətili səbəbindən bir çox Hollivud ulduzu təntənəli mərasimdə iştirak etməkdən imtina etsə də, İtaliyanın Lido adasında 80-ci Venesiya Film Festivalı davam edir.

AZİNFORM.AZ xəbər verir ki, dünən festivalda baş rolu Bredli Kuperin canlandırdığı "Maestro" filminin premyerası baş tutub. Aktyor Leonard Bernstaynın rejissorluğu ilə lentə alınan filmin nümayişisə qalıtmayıb, lakin modellər gecə boyu dəbdəbəli geyimləri ilə bütün diqqətləri öz üzərlərinə çəkə bilib.

Adriana Lima film festivalı üçün parıltılı paltar seçib. Ulduz obrazını baha başa gələn zinət əşyaları - boyunbağı və böyük sırğalarla tamamlayıb. Üçüncü dəfə ana olduqdan sonra həddən kökəlməsi ilə gündəmə gələn model artıq çəkilərindən xilas olsa da, əvvəlki formasına hələ də qayıda bilməyib.

İzabelle Huppert isə festivala "Balenciaga" brendindən kraliçasayağı qar kimi ağappaq arxalığı ilə qırmızı xalıya çıxıb. Şənbə günü fəxri Qızıl Aslan Mükafatının təqdimetmə mərasiminə gələnlər arasında Karla Bruni və başqaları olub. /publika.az/

 





up