Kaan Urgancıoğlu iyun ayında sevgilisi Burcu Denizerlə ailə qurub və Denizerin hamilə olduğu öyrənilib. Məşhur cütlük Çeşmədə görüntülənib.
AZİNFORM.AZ bildirir ki, sadə bir mərasimlə evlənən məşhur aktrisa toy fotolarını İnstaqram hesabının hekayələr bölməsindən "Sürpriz" qeydi ilə yayıb.
Toydan qısa müddət sonra Etilerdə fotosessiyaya çəkilən Urgancıoğlu jurnalistlərə açıqlamasında; – Aranızda evli olanlar var, məsləhətinizi ala bilərik? soruşdu və “Uşaq” cavabını alanda “Amin inşallah” deməklə kifayətləndi.
Məşhur cütlükdən gözlənilən xəbər əvvəlki günlərdə gəlib. Burcu Denizer 7 min izləyicisi olan "İnstagram" səhifəsində onun şəklini paylaşaraq körpə gözlədiyini təsdiqləyib. Qısa müddətdə sosial medianın gündəminə gələn bu xoş xəbərdən sonra cütlüyün oğlan uşağı gözlədiyi öyrənilib.