AZİNFORM.AZ xəbər verir ki, mahnıları, rəqsləri və açıqlamaları ilə adından söz etdirən müğənni və aktrisa Selen Görgüzel daha sağlam və canlı olmaq üçün ana südü içməyə başlayıb. Həkiminin məsləhəti ilə belə bir işə başladığını deyən müğənni körpəsi olan rəfiqəsini sağdığını bildirib.
Hazırda “Youtube”da yayımlanan “White Magazine” verilişinin şərhçisi olan Selen Görgüzel çəkilişlərdən sonra getdiyi Nişantaşıda görüntülənib.
Plastik şüşəyə qoyduğu ana südü ilə diqqət çəkən müğənni, "Uşaqlarını əmizdirən dostumdan sağdığım ana südü... Təbii əsl ana südü. Bunları tez istehlak etmək lazımdır. infeksiyaya qarşı yaxşıdır.
Bu günlərdə sıx bir templə işləyirəm, vitamin preparatları qəbul etsəm də, yorğunluğumdan çıxa bilmirəm, həkimim belə bir şey tövsiyə etdi. Xərçəng xəstələri üçün də çox faydalıdır. Yenicə eşidilməyə başlayır. Xüsusilə infeksiya ilə bağlı bütün məsələlərdə əsl antibiotikdir”, - deyə hamını təəccübləndirib.
Selen Görgüzeldən ana südünün təsviri belədir:
AZİNFORM.AZ videosüjeti təqdim edir: