Zaur Kamaldan "Xəzər TV"yə keçməsi xəbərlərinə reaksiya
12-08-2023, 12:16

ARB kanalında aparıcılıq edən Zaur Kamalın "Xəzər TV"yə transfer olunacağı haqda xəbərlər yayılıb.

Məsələ ilə bağlı aparıcı Axşam.az-a açıqlama verib. Aparıcı bildirib ki, Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovla görüşüb və söhbətləri olub:

"Bu xəbərin mətbuatda yayılmasını görəndə çox təəccübləndim. Yayılmasını istəməzdim, amma necə oldusa, yayıldı. Murad Dadaşovla görüşümüz olub. Yaxın vaxtlarda daha ətraflı saytınıza açıqlama verəcəyəm".





up