Məşhur aktyorun bir paylaşımı 2,7 milyona başa gəlir
25-07-2023, 22:07

Türkiyəli aktyor Burak Özçivitlə bağlı növbəti iddia ortaya atılıb. 

AZİNFORM.AZ xəbər verir ki, sənətçinin sosial media hesabında reklam paylaşmaq üçün aldığı məbləğ açıqlanıb. İddialara görə, Burak 1 reklam üçün 2,7 milyon lirə (təxminən 170 min 320 manat) ödəniş alır. 

Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır. 

 





up