AZİNFORM.AZ xəbər verir ki, dalğıc və balıq ovu ilə maraqlanan Burak Özçivit 13 metrlik qayıq alıb.
Dalğıc təhsili almağa da başlayan Özçivitin yeni qayığı üçün 5 milyon TL ödədiyi iddia edilib. Aktyorun ailəsi üçün daha bir qayıq almaq üzrə olduğu öyrənilib. Gümüşlükdə villası olan Özçivitin ailəsi ilə birlikdə Mavi Tura çıxmaq istədiyi üçün başqa 24 metrlik qayıq üçün təxminən 50 milyon TL ödəyəcəyi deyilir.
İkinci dəfə ana və ata olmaqdan xoşbəxt olan cütlük jurnalistlərlə söhbət edib; "Hər şey yaxşıdır" dedi.
Qeyd edək ki, 2017-ci ildən bəri evliliklərini davam etdirən Burak Özçivit və Fahriye Evcen 2019-cu ildə oğulları Karanın doğulması ilə ilk dəfə valideyn olmaq xoşbəxtliyini yaşayıblar. Cütlüyün yanvar ayında ikinci körpəsi Kərəm dünyaya gəlib. Bu vaxt Özçivit həyat yoldaşına hədiyyə olaraq 10 milyon TL (təxminən 912 min manat) dəyərində lüks avtomobil alıb.