Mətanət İsgəndərli yenə plastik əməliyyat etdirəcək
18-07-2023, 10:29

Əməkdar artist Mətanət İsgəndərli yenidən əməliyyat etdirəcək.

AZİNFORM.AZ xəbər verir ki, bu haqda müğənni "Evdəkilərə salam" proqramında danışıb. O bildirib ki, payızda yenidən bıçaq altına yatacaq.

M.İsgəndərli əməliyyatdan əvvəl yeni klip çəkdirəcək, sonra Antalyaya qızının yanına istirahətə yollanacaq.

İfaçı mədəkiçiltmə əməliyyatından sonra xeyli çəki atdığını, hazırda üz və bədənində istədiyi dəyişiklikləri etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, M.İsgəndərli mədəkiçiltmə əməliyyatından sonra 45 kiloqram çəki atdığını açıqlayıb. /axşam.az/





up