DİGƏR XƏBƏRLƏR
Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsini tənqid edənlərə cavab verib.
"Yazıçılar Birliyinə tək şairlər üzv olmur. Nə qədər savadsızdılar. Mənim də kitabım var. Bəhram Bağırzadə şairdir? Bakılılar haqda kitab yazır, oranın üzvüdür".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Elza Seyidcahan "Səhərin səsi" verilişində deyib.
O bildirib ki, Əməkdar artist Bəhram Bağırzadə şair deyil, amma sözügedən birliyə üzvdür:
"Niyə Bəhram Bağırzadə Yazıçılar Birliyinə üzv seçiləndə etiraz etmədilər? Hamısı qorxudandır. Bilirlər ki, Elza olan yer canlanır. Bir şairin 22 kitabı var, deyir, başına "cürbəcür şeylər qoyursan". Cürbəcür nədir? Onda əti qaynadaq qoyaq stola? Bir toyuqdan neçə cür yemək hazırlayırıq".