Məşhur aktyor VƏFAT ETDİ - VİDEO
8-07-2023, 21:03

Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında bildirib.

Aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, 69 yaşlı türkiyəli  aktyorda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı.

Xatırladaq ki, Özkan Uğur bir zamanların məşhur "Cennet mahallesi" serialında "Beter Ali" obrazını canlandırıb.

Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında paylaşım etdi; "Sevgili Özkan Uğuru itirdik. Dinləyən hər kəsin dostu, könül qaynağı olan bu səsi unutmayacağıq. Çox üzgünüz. Ona Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı verirəm", dedi.

Özkan Uğurun vəfat xəbərini Twitter hesabından paylaşaraq başsağlığı verən prezident Rəcəb Tayyib Ərdoğan, “Ölümü xəbərini alan ölkəmizin sevilən səs və kino sənətçisi Özkan Uğura Allah rəhmət eləsin. Ailəsinə, pərəstişkarlarına və bütün sənət ictimaiyyətimizə başsağlığı verirəm . "  





up