Məşhur balerinin qızı ABŞ-də ailə qurdu
26-06-2023, 21:47

Məşhur sovet balerin Mixail Barışnikovun qızı Anna Nyu-Yorkda evlənib.

AZİNFORM.AZ xəbər verir ki, onun qızı toydan görüntüləri instaqram səhifəsində yayımlayıb.

Şənlik qohumların və yaxın dostların əhatəsində məhdud tərkibdə keçirilib.

Bayramda Barışnikov da iştirak edib.

Anna 1992-ci ildə Barışnikov və balerina Lisa Reynhartın ailəsində anadan olub.

İllinoysda Şimal-Qərb Universitetini bitirdikdən sonra Barışnikovun qızı müxtəlif layihələrdə, o cümlədən Dəniz kənarında Mançester dramında və Dikinson serialında rol alıb. /lent.az/





up