DİGƏR XƏBƏRLƏR
Azərbaycan əsilli müğənni Yusuf Güney Türkiyənin reytinqli yarışmalarından olan "Survivor-2023"dən ayrılma səbəbini açıqlayıb.
AZİNFORM.AZ xəbər verir ki, 39 yaşlı müğənni qalmaqallı açıqlama verib.
Güney zəlzələnin olacağını gördüyünü bildirib:
"Dostlarıma dedim ki, zəlzələ olacaq. Getməliyəm, burada dayana bilmərəm. Yuxularımda etdiyim astral səyahətlərimdə zəlzələni gördüm. Çox qalmaq istədim. Hətta finalda olmaq istərdim", - deyə müğənni bildirib.