QALMAQAL yaşayan aparıcı Rövşanə Şəfiqəni efirinə çağırdı - VİDEO
2-06-2023, 21:17

Məşhur aparıcı Rövşanə Ağasəfqızı ilə vəkil Şəfiqə Nağıyeva arasında yaranan gərginlik bitib.

AZİNFORM.AZ xəbər verir ki, hüquqşunas Ağasəfqızının təqdim etdiyi "Qarşı-Qarşıya" proqramında ekspert qismində çıxış edib.

Onlar ötən ilin sonunda yaşadıqları qalmaqaldan da danışıb. Aparıcı "biz küsülü deyilik, heç vaxt da küsməmişik. Hər kəs azad şəkildə fikrini bildirir",- şərhini verib. Nağıyeva isə "biz öz sözümüzü demişik", -deyə cavab verib.

Qeyd edək ki, tərəflər "Ümidlə gəl" proqramında üz-üzə gəlmişdilər. Vəkil xəyanət edən qadınları tənqid edərkən aparıcı onu həmcinslərin düşməni olduğunu bildirmişdi.





up