Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.
AZİNFORM.AZ məsələ ilə bağlı vəkil Şəfiqə Nağıyevailə əlaqə saxlayıb.
Vəkil onu efirdə təhqir edən Anar Vəziroğlunu məhkəməyə verəcəkmi sualına Şəfiqə Nağıyeva yox cavabını verib.
Son günlər baş verən hadisələr fonunda vəkilin hər zaman ekspert qismində iştirak etdiyi ARB kanalında yayımlanan “Elgizlə İzlə” verilişində görünməməsi də müəyyən şübhələrə yol açıb. Hətta verilişin aparıcısı Elgiz Əkbər mətbuata açıqlamasında bildirib ki,Şəfiqə Nağıyeva heç vaxt onun verilişində olmayacaq. Amma aparıcı bunun səbəbini açıqlamayıb.
Mövzu ilə bağlı vəkil Şəfiqə Nağıyevanın özündən də mövqe öyrəndik.
-Bizdə olan məlumata görə Sizin ARB kanalında iştirakınıza qadağa qoyulub. Bu nə dərəcədə doğru məlumatdır?