Müğənni Britni Spirsin əri Sem Əsgəri çoxsaylı şayiələr arasında həyat yoldaşı ilə birgə videonu İnstaqramda yerləşdirib.
AZİNFORM.AZ bildirir ki, dolaşan şaiyələr arasında hətta Britninin öldüyü iddia edilib. Şaiyələrə əsasən onun sosial şəbəkələrində foto və videoları başqası paylaşır.
Videoda Britni və Sem su hövzəsinə baxan təpədə poza verirlər. Sem Asgeri videonu “qadınımla gəzinti" heşteqi ilə paylaşıb.
Əvvəllər Sam və Britni evliliklərində hər şeyin yolunda getmədiyinə əsas verən bir neçə səbəb göstərmişdi. Spirs bir dostu, menecer Cade Hudson ilə Havayda dincəlmək üçün getmiş, cütlüklər ayrı və toy üzükləri olmadan vaxt keçirmişdilər.
Nəticədə isə Sem Əsgərinin meneceri onun niyə toy üzüyü taxmadığını izah etməli olub. Onun sözlərinə görə, bu çəkilişlərlə əlaqədar olub.
Lakin müğənninin pərəstişkarları onun öldüyü və başqa birinin onu çoxsaylı video və fotolarda təsvir etdiyi barədə şayiələr yaymağa başlayandan sonra hər şey daha da fövqəladə hal almağa başlayıb. Bu sui-qəsd nəzəriyyəsinin sübutu kimi isə, rəqs edən Britninin əllərini üzünün önündə tutduğu video olub. Videonun təhrif edildiyi və onun üzərində başqa bir insanın cizgilərinin olduğu iddia olunub. Belə bir versiya irəli sürülüb ki, videoda “deepfake” texnologiyasından istifadə olunub, yəni Britninin siması naməlum qızın üzünə vurulub.
Hətta Sem Əsgərinin yayımladığı yeni video da müğənninin pərəstişkarlarını onun yaxşı olduğuna inandırmayıb. Onlar videonun köhnə olduğunu və 2022-ci ildə çəkildiyini iddia edirlər. Pərəstişkarları müğənninin yaxşı olduğuna əmin olmaq üçün onun mətbuat konfransı keçirməsini tələb edirlər.
Xatırladaq ki, bundan əvvəl Britni Spirsin xatirələrinin nəşrinin qeyri-müəyyən müddətə təxirə salındığı məlum olmuşdu. Buna səbəb müğənninin münasibətdə olduğu və kitabında adını çəkdiyi məşhur simaların hüquqşünaslarının nəşriyyata ünvanladığı qəzəbli məktublar olub.
Pərəstişkarları inanır ki, Britni Spirs Castin Timberleyk, Kolin Farrell və Jared Leton haqqında danışıb.
Jurnalistlər əmindirlər ki, xatirələrinin yayımlanmasından ən çox qorxan Colin Farrelldir. Həqiqətən də, 2000-ci illərdə Britni ilə münasibətdə olanda o, kifayət qədər qalmaqallı bir insan olub.
Onlar ayrıldıqda, Farrell Britniyə "Kolin Farrell ilə yatmısansa, zəng et" deyə bir stikerli qeyd göndərib.
Şayiələrə görə, Britni Spirs şoka düşüb və əsəb sarsıntısı keçirib. /sfera.az/