Türkanın bu geyimi müzakirələrə səbəb oldu - FOTO
16-05-2023, 00:15

Müğənni Türkan Vəlizadənin yarıqlı libası müzakirə yaradıb.

AZİNFORM.AZ xəbər ki, buna səbəb ifaçının Bakıda baş tutan toya geyindiyi donun açıq-saçıq olmasıdır. 

Belə ki, onun dərin yarıqlı, qara rəngli paltarda toyda səhnə alması birmənalı qarşılanmayıb. Vəlizadə həmin görüntüsünü instaqramda paylaşsa da, tənqidlərdən sonra şərh bölməsini bağlamağa məcbur olub.

Qeyd edək ki, fotoşopları ilə diqqət çəkən T. Vəlizadə bundan öncə də bir neçə dəfə şərh bölməsini deaktiv edib. 






up