Məşhur müğənni: "Bunun söhbəti belə insanı iyrəndirir" - FOTO
12-05-2023, 10:41

Türkiyəli məşhur müğənni Seda Sayan yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

AZİNFORM.AZ xəbər verir ki, sənətçi "2sayfa" verilişində həyat yoldaşı Çağlar Öktənlə biri-birinə qoyduqları qadağadan danışıb:

"Həyat yoldaşım mənsiz gecə klubuna gedə bilməz, mən də onsuz gedə bilmərəm. O, kişi dostlarıyla, mən də qadınlarla gedirəmsə, orada nəsə olarsa, Çağlara söz haqqı vermərəm. O da bunu bilir. Mənim məyus olmağıma şərait yaratmamalıdır. Mən də onu incitməməliyəm. Bunun söhbəti belə insanı iyrəndirir".

Qeyd edək ki, bu müğənninin yeddinci evliliyidir.







up