Məşhurlar dünyasının ən çox danışılan adlarından biri olan Hadisə Açıkgöz 5 May Cümə günü Maslak Volkswagen Arenada zəlzələ qurbanları üçün konsert verib.
AZİNFORM.AZ xəbər verir ki, konsertdən əldə olunan bütün gəlir zəlzələdə valideynlərini itirmiş uşaqlara bağışlanacaq.
Konsertdən sonra jurnalistlərin suallarını cavablandıran estrada müğənnisi “Çox gözəl gecə idi. Zəlzələdən sağ çıxan uşaqlarımız üçün bir araya gəldik. Bu gecədən əldə edilən bütün gəlir onlara getdi. Çox mənalı və gözəl bir gecə idi. Çox gözəl idi. Tamaşaçılar əla idi. Bundan sonra hamımız bacardığımız qədər uşaqlarımıza kömək edəcəyik”.