Türkiyənin məşhur serialında Azərbaycan ifası səsləndirilib.
AZİNFORM.AZ xəbər verir ki, baş rollarında Çağatay Ulusoy, Şifanur Gül və Salih Bademci kimi adlar olan “Terzi” adlı serialda Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun ölümsüz əsəri “Füzuli kontatası”na yer verilib.
Qeyd edək ki, layihə 2 mayda izləyicilərə təqdim olunub. Əvvəlcə serialın TV8-də yayımlanması planlaşdırılan serial sonradan “Netflix”ə transfer edilib.