Tahir Əkbəri Əbülfəz Qarayevin vaxtında “zibillik”də, Aftandil İsrafilovu isə İkinci Fəxri Xiyabanda dəfn etdilər.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri mərhum bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər bildirib.
O, iki fərqli sənətkara qarşı münasibəti müqayisə edib:
“Allah Aftandil İsrafilova rəhmət etsin. Səmimi qəlbdən deyirəm. Sənətinə böyük hörmətim var. Hər bir sənətkar layiq olduğu yerə dəfn olunmalıdır. Görünür, bəstəkar Tahir Əkbər "zibilliyə" layiq imiş. Aftandil İsrafilova rəhmət düşür. Amma Tahir Əkbərə rəhmət düşmədi.
Qeyd edək ki, Tahir Əkbər 2018-ci ildə vəfat edib.
T.Əkbər əvvəlcə Badamdarda dəfn olunub. Onun vəfatından sonra həyat yoldaşı bəstəkarın yolun ortasında, qurbağa gölünün ətrafında basdırıldığını deyərək, bunu hörmətsizlik adlandırmışdı.
Daha sonra isə məzarı açılan bəstəkar Yasamal qəbiristanlığında atasının 30 illik qəbrində dəfn edilmişdi. /ölkə.az/