İnsanlar küçələrə çıxdı! İbrahim Tatlısəs prezident kimi qarşılanıb - VİDEO
19-04-2023, 15:07

Türkiyənin məşhur müğənniləri İbrahim Tatlısəs, Berdan Mardini və aktyor Şafak Sezer İraqın şimalında yerləşən Ərbil şəhərinə gediblər. Beynəlxalq Ərbil Hava Limanına enən Tatlısəs Ərbillilər tərəfindən böyük maraqla qarşılanıb. Ərbildə kişi geyimləri firmasının açılışına qatılan Tatlısəs ona göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək, “İraq və Ərbil mənim qalalarımdır” deyib. 

AZİNFORM.AZ xəbər verir ki, mağazanın açılışına toplaşan minlərlə Tatlısəs fanatı “İbo” şüarları səsləndirib. Digər tərəfdən Tatlısəsin mağazadan çıxmasını gecənin gec saatlarına qədər gözləyən fanatlar arasında izdiham yaşanıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

Türkiyəli sənətçilər məkanı çətinliklə tərk ediblər.





up