“Yeşilçam”ın aktyoru uşaqlıq sevgilisi ilə evləndi – FOTO
21-11-2022, 13:00

Yeşilçamın aktyorunun uşaqlıq sevgilisi ilə nikahları olub.

AZİNFORM.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeşilçam”ın uşaq aktyoru "Sezercik" ləqəbli Sezer İnanoğlu uşaqlıq sevgisi ilə 4-cü evliliyini edib.

4-cü dəfə nikaha imza atan Sezer İnanoğlu həyatını uşaqlıq sevgisi ilə birləşdirib. Geridə qalan üç evliliyindən bir övladı olan Sezer İnanoğlu uzun müddətdir ki, hər kəsdən uzaq bir həyat yaşayırdı.

Sezer İnanoğlu ilə memar həyat yoldaşı Seyhanın görüşü də təsadüf olub. Keçmişdə qalan məsum uşaqlıq sevgisi uzun illərdən sonra evliliklə nəticələnib.

Seyhan Sezer İnanoğlu ilə evləndiyinə görə, özünü xoşbəxt hiss etdiyini deyib:

"Çox xoşbəxtik. 2001-ci ildə qısa münasibətimiz var idi. Sezer mənə həmişə deyirdi ki, səninlə evlənəcəyik. Sonra ayrıldıq, amma tez-tez bir-birimizin xəbərini alırdıq. Mədəni bir dostluq əlaqəsi qurmuşduq. Sonra yeməyə çıxdıq. Məni evlənməyə razı saldı. Sezer məndən sadəcə bir şey istədi - Birlikdə yaşamağımızı. Mən də qəbul etdim. Allaha şükür xoşbəxtik". /azxeber.com/ 






up