"İstəklə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq qüvvətli simalar keçə bilirlər”.
Bu sözləri aparıcı-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb.
O, istəklərini sağlam şəkildə necə həyata keçirdiyini izləyiciləriylə bölüşüb:
"Öncə Allaha dua edib, ondan diləyirəm, şükr edirəm. Bütün varlığımla o arzuma çatmaq istəyirəm. Önümə sağlam məqsəd qoyuram və irəli addımlayıram. Hər zaman bu istiqamətdə yaxşı düşünürəm, pis fikirləri rədd edirəm. Ətrafımı da düşünürəm, amma müəyyən anlarda, həyatımda bəzi şeyləri yaxşı tərəfə dəyişdirirəm. Çətinliklər olsa, əsla depressiyaya düşməyib, özümdə güc taparaq ümidlə davam edirəm. İnanın, sonda istədiyimi əldə edirəm. Bəzən alınmır, onda başa düşürəm ki, deməli, mənim xeyirimə olmayan səhv istək imiş. Çünki bu həyatda ən yaxşısını sənin üçün Allah bilir".