Fahriye Evcen və Burak Özçivitin ilk övladı Karanın 4 yaşı tamam oldu. Məşhur cütlük oğullarının ad günündən kadrları sosial şəbəkədə paylaşıb.
AZİNFORM.AZ xəbər verir ki, oğulları üçün "Hörümçək adam" temalı ad günü gecəsi təşkil edən Evcen və Özçivit qeyd etmədən fotoları izləyiciləri ilə bölüşüblər.
"Çalıkuşu" serialının çəkiliş meydançasındakı dostluqları zamanla sevgiyə çevrilən Fahriye Evcen və Burak Özçivitin xoşbəxt evliliyi 2017-ci ildən davam edir. Bu yaxınlarda ikinci övladını qucağına alan və oğullarına Kərəm adını qoyan məşhur cütlüyün ilk övladı Karanın 4 yaşı tamam oldu. Sosial şəbəkə hesabında şəkillərini izləyicilərlə bölüşən 36 yaşlı Evcen "4 yaşın mübarək ürəyim" qeydini paylaşıb. Məşhur adın fotolarına izləyiciləri tərəfindən "Ay Kerem", "Maşallah gözəl ailəyə", "Kərəmə hesab aç", "Karan necə şirindir" kimi şərhlər gəlib.