Xalq artistinin qızı NASA-dan mükafat qazandı - VİDEO
12-04-2023, 11:52

Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı həyatının ilk böyük uğuruna imza atıb. O, Amerikada NASA-nın müsabəsində iştirak edib və mükafat qazanıb.

AZİNFORM.AZ-ın məlumatına görə, bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib:

"Bütün komandanı və onun üzvü olan Dənizimi ürəkdən təbrik edirəm! ABŞ-da NASA-nın "FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq Azərbaycandan istedadlı gənclər qatılıblar və mükafata layiq görülərək Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun".






up