Əli Mirəliyevdən ŞOK TƏKLİF: “Kişilər yox, qadınlar əsgər getsin”
7-04-2023, 11:51

"Bizim qadınlar əsgər getsələr yaxşıdır. Bir çox kişilərdə qadınlarımızda olan qeyrət yoxdur, bir çoxları narkomandır. Qadınlarımız hərbi xidmətdəki çətinliklərə də dözə bilərlər. Çünki qadınlar körpələrini 9 ay bətnlərində daşıyırlar. Heç bir kişi 9 ay bətnində körpə daşıyacaq qədər güclü deyil. Amma qadınlar dözür, hərbi xidmətin çətinliklərinə də dözə bilərlər. Bəlkə qadınların hərbi xidmətə getdiyini görüb, bəzi kişilər də qeyrətə gələrlər. Çünki qadınlar əsgər gedəndə onlar qıraqda qalacaqlar".

 Adı Pərvin Abıyeva ilə hallandı, ailəsi onu atıb Almaniyaya getdi – Göz önündə

Bunu Publika.az-a açıqlamasında tanınmış müğənni, şou-biznesin qalmaqallı simalarından olan Əli Mirəliyev deyib:

"İndiki gənclərin müəyyən qədəri əsl kişi parametrlərinə uyğun gəlir. Onlar da beş-on faizidir, qalanları avaradır. Bir çoxları anasından, atasından pul oğurlayır. Belə kişilik olmaz axı. Biz də cavan olmuşuq, belə yaşamamışıq. On-on beş yaşlarında gizli-gizli toylara getmişəm, döyülmüşəm də, amma qazandığım pulları gətirib anama vermişəm. İndi evindən oğurluq edən gəncləri görəndə özümə sual verirəm ki, bunlar necə kişidirlər. Bu cür cavanlardan, narkomanlardan, damarına iynə vuran gənclərdən nə kişi olacaq?! Onların heç bir gələcəyi olmayacaq. Özlərini apara bilmirlər. Yersiz gülürlər. Belələrini gördükcə, qadınlara daha çox ümidim artır, nəinki kişilərə. Rayonlarda yaşayan kasıb gənclər narkomanlardan daha qeyrətlidir. Mən kişilərdən daha çox qadınlara inanıram. Çünki onların dili də, özləri də çox möhkəmdir".





up