Tanınmış aktrisaya tanımadığı adam PUL TƏKLİF ETDİ
6-04-2023, 16:21

Tamaşa və seriallarda maraqlı obrazlarıyla izləyici qarşısına çıxan Əməkdar artist Mətanət Əhmədovaya canlı yayımda tanımadığı tamaşaçıdan maddi yardım təklifi gəlib.

AZİNFORM.AZ-ın xəbərinə görə, o qatıldığı televiziya proqramlarından birində bu barədə eşidərkən təəccüblənib. Həmin şəxs Mətanət Əhmədovanın ailəsindən ayrıldığını və uşaqlarının şəkər xəstəsi olduğunu bildiyi üçün hər ay ona maddi dəstək göstərmək istəyib. Naməlum xeyriyyəçi kimliyini açıqlamayıb. Mətanət Əhmədova isə yardımı qəbul etməyəcəyini bildirirək, həmin şəxsə minnətdarlıq edib. /lent.az/





up