"Hamiləliyimə tam olaraq əvvəldən sona kimi həkim-genetik həyat yoldaşım nəzarət edib. Qanımda hemoqlobinin səviyyəsi aşağı idi, məhz ona görə hamiləliyim zamanı ciyər yemişəm. Sağlam övladım dünyaya gəlib. Bədənində ləkəsi yoxdur".
AZİNFORM.AZ bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu "Yaxşısı budur" verilişində deyib.
Sənətçi hamiləlik dövründə özünə qoyduğu bəzi qadağalardan söz açıb:
"Qızıma hamilə olanda dırnaqlarımı boyamışam. Lazerə getməmişəm. Baxmayaraq ki, hər ay "dib boyası" edirəm, amma bir il ərzində bunu etmədim. Amma saçımı kəsdirirdim, idman edirdim, kosmetoloji xidmətlərdən istidadə etdim. İnyeksion prosedurlar var ki, hamiləlik dövründə onları etmək olmaz. Mən də etmədim. Üzümə xüsusi nəmləndirici kremlər vurdum".
Sevda bildirib ki, qızına hamilə olan zaman ev işləri ilə özü məşğul olub, hətta bazarlığa da özü gedib:
"Demək olar ki, hamiləliyimin son səkkizinci ayına kimi işlədim. Toylara, məclislərə gedirdim, aktiv hərəkətdə idim. Hamiləlik dövründə nə qədər aktiv olsan, bir o qədər yaxşıdır. Ev işlərinə kimi özüm görürdüm. Həm silirdim, həm də süpürürdüm. Hər bir şeyin arxasınca qaçırdım. Evə lazım olan bazarlığı edirdim və aldıqlarımı daşıyırdım".
Qeyd edək ki, S.Yahyayeva ilə Zakir Bayramov ötən il ailə qurub. Cütlüyün Ayla adlı qız övladı dünyaya gəlib. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.