Miri Yusifin həyat yoldaşından ŞOK ETİRAF: "Anam dedi ki, özün kimi avaranı tapıb..."
5-04-2023, 17:37

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva etirafı ilə diqqət çəkib.

AZİNFORM.AZ xəbər verir ki, Nərgiz Mirbabayeva İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:

"Mən universitetdə oxuyanda Miri Yusifin yeni albomu çıxmışdı, "Avara" adlanırdı. Biz heç tanış da deyildik. Səhərdən axşama qədər "Avara" mahnısını oxuyurdum. Anam bezmişdi, deyirdi ki, bu nə mahnıdır dinləyirsən, özün kimi avaranı tapıb ərə gedəcəksən. Bir il sonra Miri Yufilə tanış olduq, iki ay sonra evləndik. Anam kainata necə mesaj yolladısa, mən sevə-sevə dinlədiyim musiqiçi ilə evləndim".

Qeyd edək ki, cütlüyün 3 övladı var. /teleqraf.com/





up