Əməkdar artist Gövhər Rzayeva şəxsi həyatından danışıb.
AZİNFORM.AZ xəbər verir ki, “Şou xəbər” verilişində qonaq olan Gövhər Rzayeva şəxsi həyatından danışıb. O, yenidən ailə həyatı qurmaq istəmədiyini bildirib:
“Ərə gedən vaxtım deyil. Özüm boyda oğlum, kürəkənim, gəlinim, nəvələrim var. Harama yaraşar ərə getmək?!
Bir kişi ilə evin içində həyatı boyu qala bilmərəm. Ataram onu bayıra. Sərbəstliyə öyrəşmişəm. Kişi kimi xasiyyətim var. Gecə-gündüz Allaha deyirəm ki, mən səndən kişi istəmirəm. Sadəcə can sağlığı, ruzu ver, mənə övlad dağı çəkdirmə. Allahıma sonsuz təşəkkür edirəm. Həyatımdan razıyam".
AZİNFORM.AZ