DİGƏR XƏBƏRLƏR
Xalq artisti Röya Ayxanın paylaşımı izləyiciləri arasında marağa səbəb olub.
AZİNFORM.AZ xəbər verir ki, Xalq artisti Röya Ayxan “Instagram” sosial şəbəkəsində dələduzluq halı ilə rastlaşdığı barədə məlumat verib.
Sənətçi anonsu görəndə təəccübləndiyini qeyd edib:
“Bakıda olmadığım halda aprelin 4-ü restoranların birində səhnə alacağım barədə afişaya rast gəldim. Bu, nə məsələdir? Mən Bakıda deyiləm. Necə ola bilər ki, tədbirim olsun. Anonsu görəndə şok oldum. Kimin tədbiri varsa, uğurlar arzu edirəm. Lakin bizim yoxdur. Bu şəkildə afişanın paylaşılması da məsuliyyətdir. Çox inanıram ki, məsələ ilə məşğul olacaqlar”.
Müğənni sonda əlavə edib ki, dostları ilə birlikdə Azərbaycandan kənarda tətildədir. /oxu.az/