Qəzadan sonra Mehriban Zəkinin səhhəti necədir?
29-03-2023, 13:42

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatı ilə nəticələnən qəzada xəsarət alan Xalq artisti Mehriban Zəkinin müalicəsi davam edir.

AZİNFORM.AZ aktrisa ilə əlaqə saxlayaraq, səhhətini soruşmağa çalışsa da, o zənglərə cavab verməyib. M.Zəkinin telefonunu açan və onun yaxını olduğunu deyən xanım aktrisanın səhhətinin yaxşılığa doğru getdiyini bildirib:

"Yaxşıdır, sağalır. Hər şey yolundadır".

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Həmin an maşında onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub. D.Əliyeva müayinədən sonra evə buraxılıb. M.Zəki isə aparıldığı Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasından "MedEra hospital"a təxliyə edilib. Aktrisa daha sonra oradan da başqa xəstəxanaya köçürülüb.

Həkim aktrisanın səhhəti ilə bağlı Axşam.az-a açıqlamasında "Mehriban Zəkidə müştərək travma olub: burun sümüyünün sınığı, 5 qabırğa - 3-4-6-7-8 sol tərəfdən sınıq" sözlərini söyləyib. 





up