Müğənni Ebru Gündeşlə keçmiş əri Rza Zərrab arasındakı gərginlik bitmək bilmir.
Bu dəfə Ebru Rzanın ona yazdığı mahnıları “Qara siyahı”ya atıb.
O “Sadəcə sevdim” və “Ölümsüz aşklar” adlı mahnıları repertuarından bir dəfəlik çıxarıb. Sözügedən mahnıların söz və musiqisi iş adamı Rza Zərraba aiddir.
Ebrunun belə bir addım atmasına səbəb Zərrabın onun mahnılarına ifasına qadağa qoyacağını əvvəldən öyrənməsi olub.