Müğənni Səmra Rəhimli sosial şəbəkələrdə “Kişi arvadını dostu ilə tutdu” başlığı ilə paylaşılan videoya münasibət bildirib.
AZİNFORM.AZ xəbər verir ki, 28 yaşlı ifaçı hadisəyə sərt reaksiya verib:
“Uşaq vaxtı bir veriliş var idi, “Sam sebe rejisyor”… Orada bir mahnı vardı ki, “Mən həmişə özümlə video, kamera götürürəm”. Sözüm odur ki, niyə hər şeyi çəkib paylaşırsınız axı? Bunun bir limiti olmalıdır. Bunu da paylaşmazsan. Bu, sənin ailənin içidir. Bu, sənin ayıbındır. Paylaşanda nə olur ki? Danışdırsan, vallah, hamısı ona-buna mız qoyan, əxlaq, adət-ənənə, mentalitet dərsi verənlərdir bunlar”.
Qeyd edək ki, bölgələrin birində kişi arvadının ona xəyanət etdiyini öyrənib və onu telefonu ilə videoya çəkib. Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb.