Röya qapıya papaq atan uşağı sevindirdi - VİDEO
8-03-2023, 11:39

Xalq artisti Röya Ayxan növbəti addımı ilə hər kəsi kövrəldib.

AZİNFORM.AZ xəbər verir ki, rejissor və aparıcı Ranar Musayevin evində qonaq olan sənətçi maraqlı hadisə yaşayıb.

Çərşənbə münasibətilə qapıya papaq atan uşağı Röya qarşılayıb. O, azyaşlının papağına qoz-fındıq və pul hədiyyəsi qoyub. Həmin anlarda kövrələn R. Ayxan uşaqdan bu hədiyyəni oğlunun adından qəbul etməsini istəyib.





up