"Anam istəməsəydi, səninlə evlənməyəcəkdim?" - Xoşqədəmlə Doğuş arasında mübahisə - VİDEO
4-03-2023, 20:01

"Analar dünyada ən önəmli və müqəddəs varlıqdır. Amma övladının evliliyinə qarışmamalıdır. Ana ilə evlənmirsiniz".

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli müğənni Doğuş "Günaydın, Azərbaycan" verilişində deyib. Onun evliliklə bağlı sözlərinə həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı etiraz edib:

"Üç oğlumun da məsələsində başda özüm olacağam, evliliynə qarışacağam. Qızlar elə bilməsin ki, Doğuş bəy dediyi kimi olsun. Böyük sözü, xeyir-dua olmalıdır".

Doğuş isə "Evliliyə qarışa bilməzsən. Anam istəməsəydi, səninlə evlənməyəcəkdim? Ana ilə ata günəş kimidir, isidir. Fikir almaq lazımdır. Amma" deyə, ona cavab verib.





up