Xoşqədəm özünü Doğuşun oğlu kimi təqdim edən şəxsdən DNT istəyir
31-10-2022, 16:56

"Məni işarələyirlər ki, Doğuş sizdən uşağını gizlədib. Birinə yazdım ki, bir qadın kişini aldadıb, sonradan uşaq çıxartmayıb ki... Bu kişinin uşağı varsa, keçmişindədir. Varsa, əla, gözəl. Niyə narahat olum ki? Mən onu gətirəcəm. DNT testi olmalıdır, tapmışam".

AZİNFORM.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" proqramında deyib. O, müğənni həyat yoldaşı Doğuşla bağlı yayılan videoya münasibət bildirib.

Xoşqədəm əlavə edib ki, bir şəxsin Doğuşun övladı olmasını iddia etməsini araşdırıb. O, bunun üçün hətta həmin oğlanı tapıb DNT analizi etdirəcəyini də vurğulayıb.

"Mənim xəbərim yoxdur. Uşağım olsa, heç vaxt buraxmaram. Uşaq buraxılarmı?" deyə, Doğuş cavab verib.

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün əkiz övladları var.





up